"Cocuq Mərcanlıda 50 ev və sosial obyektlər tikiləcək" - Nazirdən anons

img

27-01-2017 [13:14]


"Prezident İlham Əliyevin sərəncamına əsasən ayrılan vəsait hesabına Cocuq Mərcanlı qəsəbəsində ilkin mərhələdə 50 ev, məktəb, tibb məntəqəsi və digər sosial obyektlər tikiləcək".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazirin sözlərinə görə, bundan sonra insanlar həmin qəsəbəyə köçürüləcək: 

"Vətəndaşlarımız öz yerlərinə qayıdacaqlar, yaşamağa və işləməyə başlayacaqlar. Əgər işləməyə başlayacaqlarsa, o insanların sosial sığorta ilə əhatə olunması meydana çıxacaq. Onların sosial sığorta ilə əhatə olunması ən yaxın rayonda yerləşən müvafiq qurum vasitəsilə baş verəcək. Bu gün onların hər hansı sosial təminat elementləri ilə təmin olunmasında heç bir problem yoxdur. Əsas məsələ məşğulluq və sosial sığorta məsələləridir. Təbii ki, ondan sonra biz bu addımları atacağıq".

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA