Sahibkarlar etiraza qalxdı - "Vağzal" rəhbərliyinin girişi arendaya verməsi narazılıq yaratdı

img

27-01-2017 [11:40]


Bakı Beynəlxalq Avtovağzalında yerləşən ticarət mərkəzindəki mağazaların sahibləri aksiya keçirir.

Mia.az xəbər verir ki, unikal.org-un məlumatına görə, onların tələbi Avtovağzal ərazisinə daxil olan maşınlardan saat hesabı pul yığılmasıdır. Onlar bildirirlər ki, bu məsələ onların alverinə ciddi təsir edir.

Şikayətçilər deyirlər ki, Kompleksin giriş qapısı Avtovağzal rəhbərliyi tərəfindən arendaya verilib. Arendaya götürənlər də istədikləri qiyməti tətbiq edirlər: "Rəhbərliyin burada əsas işi pul yığmaqdır. Bizim normal ticarət etməyimiz üçün şərait yaradılmayıb".

Aksiya iştirakçılarının sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə rəhbərliyə müraciət olunub. Lakin heç bir nəticəsi yoxdur.

Hazırda onlar Avtovağzal müdirinin qəbulundadırlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA