26-01-2017 [19:28]
Keçən ilin aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə məcburi köçkün soydaşlarımızın köçürüləcəyi barədə Prezidentin verdiyi qərar cəmiyyətdə yüksək əhval-ruhiyyə yaradıb.
Hər kəsin sevinclə qarşıladığı bu qərarla bağlı Milli Məclisin deputatı Rafael Cəbrayılovun fikirlərini təqdim edirik:
- Bəli, həmin kəndin yenidən qurulması və soydaşlarımızın ora köçürülməsi ilə bağlı məsələ gündəmdədir. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da mətbuata bildirib ki 250 ailə könüllü olaraq Cocuq Mərcanlıya köçmək barədə müraciət edib. İlkin olaraq 50 ailənin köçürülməsi nəzərdə tutulub. Həmin şəxslərin bu addımı vətənpərvərlik nümunəsidir. Bu milli cəsarətin nümayişidir. Bəzi insanlarımız pessimist mövqe tutaraq deyirdilər ki, işğal altında olan torpaqlarımız azad olunandan sonra ora heç kim qayıtmayacaq. Amma bu hal göstərdi ki, qaçqın və məcburi köçkün soydaşlarımız xalqımızın vətənpərvər bir hissəsidir. Onlar öz ata-baba torpaqlarına köçməyə, habelə Ali Baş Komandanın əmri olarsa erməni ilə əlbəyaxa döyüşə də hazırdırlar.
Mən bu əhval-ruhiyənin dəfələrlə şahidi olmuşam.
- Rafael müəllim, Cocuq Mərcanlı kəndinin yəqin ki, dövlət səviyyəsində yenidən qurulmasından söhbət gedir...
- Əlbəttə. Bu kənd dövlət hesabına yenidən qurulacaq və orada məskunlaşacaq insanlar yeni tikilmiş müasir evlərlə təmin olunacaqlar. Bildiyiniz kimi, bu məqsədlə ölkə başçısı İlham Əliyev cənabları tərəfindən ilkin olaraq 4 milyon manat maliyyə vəsaiti ayrılmışdır. Düşünürəm ki, qısa müddət ərzində həmin kənd bərpa ediləcək və soydaşlarımızın həmin kəndə köçürülməsi həyata keçiriləcəkdir. Cocuq Mərcanlının müasir infrastruktura malik kənd kimi yenidən qurulub soydaşlarımızın istifadəsinə verilməsindən söhbət gedir.
- Cocuq Mərcanlı kəndinin qoşunların təmas xəttinə yaxın olmasını nəzərə alsaq bu kəndin yenidən işğal altına düşməsi təhlükəsi yoxdur ki?
- Bu qədər pessimist olmayın. Əvvəla, keçən ilin aprel döyüşlərindən sonra Azərbaycan Ordusunun mövqeləri işğaldan azad olunmuş strateji yüksəkliklərdədir ki, bu da çox geniş ərazini nəzarət altında saxlamağa imkan verir. Digər tərəfdən də artıq zaman dəyişib. Azərbaycan Ordusu da əvvəlki ordu deyil. Erməni silahlı birləşmələrinin yenidən ərazi işğal etməsi qeyri-mümkündür. Sizi əmin edirəm ki, İşğal altında olan bütün torpaqlarımızın işğaldan azad olunacağı və soydaşlarımızın total şəkildə həmin ərazilərə köçürüləcəyi günü görəcəyik!
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi