DİN-dən generalın villası barədə açıqlama - “Sahib Mirzəyevin Çexiyada mənzili yoxdur”

img

26-01-2017 [11:56]


Daxili İşlər Nazirliyininmətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Ehsan Zahidov "Azpolitika.info” saytında dərc olunmuş "Karlovı Varıda mənzili olan məşhurlarımızgeneral, şeyx deputat” sərlövhəli yazıya münasibət bildirib.

Mia.az xəbər verir ki, Ehsan Zahidov açıqlamasında yazır: "DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin Çexiyanın kurort şəhərciyi Karlovı Varıda ev alması barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir. Düzdür, qeyd olunan ünvandakı daşınmaz əmlak Sahib Mirzəyev ad-soyadlı bir azərbaycanlıya məxsusdur. Görünür, xəbəri hazırlayanlar da onun general Sahib Mirzəyev olduğunu zənn ediblər və nəticədə də anlaşılmazlıq yaranıb.

Daha dəqiq olsun deyə, onu da bildirim ki, Çexiyadakı Koptova 1191/5, 360 01 Karlovy Vary ünvanında yerləşən həmin evin sahibi 1946-cı ildə (71 yaşlı) Bakı şəhərində anadan olmuş, 2001-ci ildən (16 il) Çexiyanın Karlovı Varı şəhərində daimi yaşayan Mirzəyev Sahib Güləli oğludur.”



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA