Bu banklar dollar satışını dayandırdı – SİYAHI

img

26-01-2017 [11:54]


Dünənki valyuta hərracında dolların məzənnəsinin yüksəlməsi və hərraca çıxarılan vəsaitin azaldılması bankların işini çətinləşdirdi. Bu gün 4 bank ABŞ valyutasının satışını dayandırıb.

Həmin banklar bunlardır:

-Azərbaycan Beynəlxalq Bankı
-İran Milli Bankının Bakı filialı
-Atabank
-Günaybank

Xatırladaq ki, dünən adıçəkilən banklar limitlə dollar satışını həyata keçirirdi. "Günaybank" isə ümumiyyətlə limitsiz satıb. Dünən isə 1000 dollar limit müəyyən edib. İran Milli Bankının Bakı filial isə 500 dollar satırdı.
Xatırladaq ki, dünən hərraca cəmi 25 milyon dollar çıxarılıb. Bankların əksəriyyətinin tələbi ödənilmədiyindən onlar əllərindəki valyutanı satmaqdan imtina edirlər.
fins.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA