Qafqaz Universitetinin tələbələri Prezidentə müraciət etdi – PETİSİYA

img

26-01-2017 [11:51]


Ötən həftə ləğv olunan Qafqaz Universitetinin tələbələri təhsil müəssisəsinin şəhərciyində yeni ali məktəbin yaradılmasını istəyirlər.

Mia.az xəbər verir ki, bunun üçün onlar Prezident İlham Əliyevə və təhsil naziri Mikayıl Cabbarova ünvanlanan petisiya hazırlayıblar.

"Biz Qafqaz Universitetinin tələbələri olaraq, şəxsən özümüzün və ölkəmizin təhsilinə xələl gəlməsini istəmirik.Sizdən çox xahiş edirik ki, keçmiş Qafqaz Universitetinin şəhərciyində yeni ali təhsil müəssisəsi yaradılsın və Qafqaz Universitetinin tələbə və professor-müəllim heyəti həmin müəssisədə öz fəaliyyətini davam etdirsin" .
Artıq bu dəqiqələrədək sənədi 5 200 nəfər imzalayıb. Petisiyanın təsdiq edilməsi üçün 7 500 imza tələb olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA