5 gün dərs olmayacaq - Məktəblilərin qış tətili başlayır

img

26-01-2017 [10:39]


Azərbaycanda sabahdan orta məktəb şagirdlərinin qış tətili başlayacaq. 

Təhsil Nazirliyindən verilən məlumata görə, 5 günlük olacaq qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək. Fevralın 1-dən isə orta məktəblərdə dərs ilinin ikinci yarımili başlayacaq. İkinci yarımil iyunun 14-də başa çatacaq. Qeyd edək ki, şagirdlər üçün 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) olur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA