26-01-2017 [01:14]
Bakının Yusif Səfərov küçəsində (Bakı Şəhər Baş Polis İdarəsi ilə üzbəüz) yerləşən "Araz” mehmanxanasının bir sutka içində sökülməsinin sirri açılıb.
"AzPolitika.info”ya daxil olan məlumata görə, bu obyekt onun sahibinin Azərbaycan reallıqlarına "qeyri-adekvat” davranışına görə məhkəmə qərarı olmadan, hətta içindəki əşyalar boşaldılmadan onlarla texnikanın cəlb olunması ilə bir sutka içində sökülüb. Bu zaman sahibkara heç bir kompensasiya verilməyib və verilməsi də gözlənilmir!
"AzPolitika” dəqiqləşdirib ki, ötən ayın 23-də sökülən "Araz” oteli və ona bitişik, ümumilikdə 3 hektar ərazidə yerləşən digər obyektlərin sahibi əslən məşhur Nehrəm kəndindən olan Novruzəli İbrahimovdur. Novruzəli İbrahimovun bir neçə tanınmış, yüksək vəzifəli şəxslə yaxın qohumluq əlaqələri var.
Belə ki, N.İbrahimov Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun doğma əmisi oğlu, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qayınatasıdır. N.İbrahimovun bir kürəkəninin də (Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov-Mia.az) Avropada səfir olduğu bildirilir. Bəzi məlumatlara görə, Novruzəli İbrahimov əslində elə Nazim İbrahimovun biznesini idarə edənlərdən biridir.
Bizə verilən məlumata görə, "Araz” oteli və digər obyektləri sökülməzdən 2 gün öncə Novruzəli İbrahimovla görüş olub. Ona təklif olunub ki, 10 milyon manatkompensasiyanı götürsün və 10 gün ərzində ərazini təhvil versin. Bu təklifi eşidən Novruzəli İbrahimov əsəblərini cilovlaya bilməyib və elçiləri təhqir edərək qovub.Sahibkarı özündən çıxaran kompensasiya məbləğinin ərazinin real dəyərindən dəfələrlə kiçik olması olub. Həqiqətən də şəhərin belə prestijli rayonunda üstündə 4 mərtəbəli otel və bir neçə obyektin olduğu ərazi üçün 10 milyon manat həddən artıq kiçik rəqəmdir. Bu ərazinin real dəyəri, çox böyük ehtimalla, azı 35-40 milyon manat təşkil edə bilər.
Lakin N.İbrahimov bəzi reallıqları nəzərə almadığından, necə deyərlər, çox istəyərkən azdan da olub – "Araz” otel və digər obyektlərin dərhal sökülməsi barədə göstəriş verilib. Sahibkara əvvəl təklif olunan 10 milyonluq kompensasiyanın verilməsi də sual altına düşüb.
N.İbrahimova yaxın mənbə onun "qanunsuzluğa qarşı” dirənmək, hətta lazım gələrsə Avropa Məhkəməsinədək getmək niyyətində olduğunu bildirib.
Ancaq çox güman ki, Novruzəli İbrahimovun reallıqla barışmaqdan başqa çarəsi olmayacaq. Müqavimət göstərməyin nə ilə nəticələnə biləcəyini elə öz yaxınları – Şahmar Mövsümov, Nazim İbrahimov və başqaları ona izah edəcəklər…
Rasim ƏLİYEV
AzPolitika.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi