Azərbaycanda siqaretlərin qiyməti yenidən qalxdı - Yeni qiymətlər

img

25-01-2017 [21:47]


Azərbaycanda siqaretlərin qiyməti yenidən qalxıb.

Mia.az xəbər verir ki, 2.50 manata satılan "Kent", "Dawidofff" və digər markalı siqaretlər bir neçə gün əvvəl 20 qəpik, 2 manata qədər olan siqaretlər isə 10 qəpik bahalaşsa da, bu artım da son olmayıb.

Belə ki, az öncə parakəndə satış məkanlarında 2.70 manata satılan siqaretlər 30 qəpik qalxıb: 

"Artıq "Kent-4", "Dawidoff" və digər bu markalı siqaretlər 3 manat oldu. 1.80 manata satılan "Winiston" və bu kimi siqaretlər isə artıq 2-2.10 manata parakəndə satışa çıxarılıb".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA