Bakıda tikilən sosial evlər neçə otaqlı və ölçüsü nə qədər olacaq? - Plan görüntüsü

img

25-01-2017 [19:38]


Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Azərbaycanda ilk sosial ev lahiyəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi davam etdirilir.

Mia.az lent.az-a istinadən xəbər verir ki, xarici dairəvi avtomobil yolunun kənarında yerləşən kompleksdəki bir çox binaların təməli qoyulub və özüllər inşa olunur.

Bu arada kompleksdə tikiləcək binaların fotosu yayılıb. Fotoda burada tikiləcək binaların ümumi görünüşü və yerləşmə forması əks edilib. Həmçinin ümumi planda binaların bir-birinə yaxınlıq məsafəsi, qeyri-yaşayış sahələrinin, eləcə də bağça və orta məktəbin forması görünür.

Qeyd edək ki, Yasamal rayonu ərazisində inşa edilən kompleksin ümumi sahəsi 11,6 hektar olacaq. Şəhərcik 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 17-sinin ikibloklu doqquzmərtəbəli, 12-sinin isə birbloklu 12 mərtəbəli olması planlaşdırılır. 

Bu binalardakı 1854 mənzildən 301-i birotaqlı, 1110-u ikiotaqlı, 443-ü isə üçotaqlı olacaq. Birotaqlı mənzillərin sahəsi təqribən 31 kvadratmetrdən 33 kvadratmetrədək, ikiotaqlı mənzillərin sahəsi təqribən 50 kvadratmetrdən 58 kvadratmetrədək, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə vətəndaşlara təklif olunacaq.

Kompleksdə mənzillərlə yanaşı, bir sıra sosial obyektlər də tikiləcək. Onların arasında 240 yerlik uşaq bağçası və 960 şagird yerlik orta təhsil məktəbi də var. Ərazidə müvafiq sosial infrastrukturun yaradılması, həmçinin ictimai iaşə, məişət və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA