25-01-2017 [18:34]
Yanvarın 25-də Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev Azercellin Təqaüdçüsü adına layiq görülən tələbələrlə görüşüb.
Görüşdə çıxış edən Vahid Mürsəliyev bildirib ki, bu proqram nəticəsində tələbələr Azercell-də təqaüd almaqla yanaşı telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər:
"Azercell fəaliyyətə başladığı gündən indiyə qədər gənclərə, tələbələrə dəstək verib. Sizin üçün tələbə və təcrübə proqramları və bir sıra layihələr həyata keçirilib.
Təhsil aldığınız universitetlərlə əməkdaşlıq proqramları imzalanıb. Bütün bunlar təhsilimizin inkişafına yönəlik addımlardı” - deyən şirkət prezidenti Azercell-in bundan sonra da tələbələrin yanında olacağını bildirərək, onlara təhsillərində uğurlar diləyib.
Qeyd edək ki, bu il Azercell-in Təqaüd Proqramının qalibləri sırasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Iqtisad Universiteti, ADA Universiteti, Azərbaycan Respublikasının Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti, Qafqaz Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, ADNSU, AzTU, Mingəçevir Dövlət Universiteti, AzMİU və Gəncə Aqrar Universitetinin tələbələri yer alıb.
Adı, soyadı | Universitet | İxtisas |
Rafiq Abbasov | Azərbaycan Dövlət Iqtisad Universiteti | Dünya İqtisadiyyatı |
Dunay Xasaylı | Bakı Dövlət Universiteti | Hüquqşünaslıq |
Əli Ələkbərli | A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası | Hüquqşünaslıq |
Aynur Əsədli | ADA Universiteti | Beynəlxalq elmləri |
Səbinə Əzimova | A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası | Kompyuter Elmləri |
Günel Abdullayeva | Bakı Dövlət Universiteti | Hüquqşünaslıq |
Əzim Həşimov | Xəzər Universiteti | Neft-Qaz Mühəndisliyi |
Sultan İsgəndərov | Gəncə Dövlət Universiteti | Kimya-Biologiya müəllimliyi |
Hikmət Cəfərli | Qafqaz Universiteti | Kompyuter Mühəndisliyi |
RəsuKərimov l | Qafqaz Universiteti | Kompyuter Mühəndisliyi |
Məmməd Hacılı | Qafqaz Universiteti | Kompyuter Mühəndisliyi |
Zümrüd Məlikzadə | Gəncə Dövlət Universiteti | Riyaziyyat-İnformatika |
Kənarə Muradova | Naxçıvan Dövlət Universiteti | Beynəlxalq münasibətlər və xarici dillər |
Mustafa Bünyamin | Qafqaz Universiteti | Maliyyə |
Tərlan Mustafayev | A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası | Menecment |
Məhəmməd Namazlı | ADNSU | Neft-Qaz Mühəndisliyi |
Aysel Qarayeva | Bakı Dövlət Universiteti | Hüquqşünaslıq |
Könül Qurbanlı | ADA Universiteti | İT və sistem mühəndisliyi |
İnci Rzayeva | Naxçıvan Dövlət Universiteti | Beynəlxalq münasibətlər |
Asiman Səidzadə | Bakı Ali Neft Məktəbi | Neft-Qaz Mühəndisliyi |
Şahin Xəlilov | AzTU | Kompüter mühəndisliyi |
Həsən Şirəliyev | A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası | Menecment |
Ələddin Şıxızadə | Qafqaz Universiteti | Kompüter mühəndisliyi |
Tacirə Cəfərova | Mingəçevir Dövlət Universiteti | İqtisadiyyat və İdarəetmə |
Rukiyyə Tağısoy | A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası | Hüquqşünaslıq |
Təhminə Əzimzadə | AzMİU | Memarlıq |
Nemət Zülfüqarlı | Gəncə Aqrar Universiteti | Mühasibat Uçotu və audit |
Kamilla Nəbiyeva | Bakı Dövlət Universiteti | Beynəlxalq münasibətlər və İqtisadiyyat |
Qeyd edək ki, Tələbə Təqaüd Proqramının seçimləri iki mərhələli olub. Birinci seçim mərhələsi tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsindən ibarət olub. Həmin müddətdə Bakı və Bölgə Universitetlərində Azercellin İnsan Qaynaqları mütəxəssisləri tərəfindən təqdimatlar keçirilib.
İkinci mərhələdə iştirak edən tələbələrə məntiq məsələlərindən ibarət olan onlayn tapşırıqla yanaşı, ingilis dili tapşırığı verilib.
Bundan əlavə tələbələr Azercellin İQ mütəxəssisləri və digər departamentlərinin rəhbərləri tərəfindən keçirilən üz-üzə müsahibələrdə iştirak ediblər. Tələbələr akademik bilikləri, dünya görüşü, elmə və təhsilə həvəsi və s. meyarlar əsasında dəyərləndiriliblər.
Məlumat üçün bildirək ki, Azercell şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 130-dan çox tələbə Azercellin təqaüdçüsü adına layiq görülüb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi