Nazir əmr verdi - Bakı və Sumqayıt daxil olmaqla, 6 idarəyə rəis təyin olundu

img

25-01-2017 [18:19]


Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Regional Mədəniyyət və Turizm İdarələrinə rəis təyinatı həyata keçirilib.

Bu barədə Mia.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə əsasən, Vüqar Zeynalov Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, Mehman Şükürov Sumqayıt Mədəniyyət və Turizm Baş İdarəsinin, Nazim Ağayev Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin, Elnur Hüseynov İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin, Mirvari Zeynalova Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin, Elman Məmmədov Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunublar.

Onu da qeyd edək ki, Vüqar Zeynalov bu günədək Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsini icra edirdi. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA