Zakir Həsənov əmr verdi - Komandan ehtiyata buraxıldı, yerinə təyinat oldu(Yenilənib)

img

25-01-2017 [16:26]


Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı ehtiyata buraxılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polkovnik və ona bərabər hərbi rütbədə olan zabitlər üçün həqiqi hərbi xidmətdə olmağının son yaş həddi qanunvericiliklə 53 yaş müəyyən edilib.

Hərbi Dəniz Qüvvələri Komandanı vəzifələrini icra edən 1-ci dərəcəli kapitan, 57 yaşlı Hicran Rüstəmzadə "Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin "b” bəndinə əsasən (yaşa görə) Müdafiə nazirinin müvafiq əmri ilə ehtiyata buraxılıb.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsinin icrası I dərəcəli kapitan Hümbətov Zaur Cəlal oğluna tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA