Kənd Təsərrüfatı Nazirliyi yeni qanun hazırlayır

img

25-01-2017 [12:12]


"Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi hazırlanır.

Qanun layihəsi barədə məlumat verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, qanun hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanır. Və onun may ayında müzakirəyə çıxarılması nəzərdə tutulur.

Deputat qeyd edib ki, hazırda kənd təsərrüfatının sığortalanması ilə bağlı mövcud qanun günün tələbələrinə cavab vermədiyindən işləmir.

"Ona görə də bu sahədə sığorta sisteminin tətbiqi üçün müasir dövrün tələblərinə cavab verən yeni qanuna ehtiyac var. Odur ki, hazırda qanun layihəsi üzərində iş gedir və bu layihə may ayınadək hazır olacaq”.

modern.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA