General Həsən Şirinov təqaüdə göndərilib? - Bakı şəhər Baş Polis İdarəsində açıqlama

img

25-01-2017 [11:24]


Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ), qurumun rəis müavini, general Həsən Şirinovun təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
 
Mia.az xəbər verir ki, BŞBPİ-nin mətbuat xidmətindən bakipost.az-a verilən məlumata görə, H. Şirinov hazırda məzuniyyətdədir və təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır.

Qeyd edək ki, dünən mətbuatda Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iki generalın və bir polkovnikin polis orqanlarından təqaüdə göndərilməsinə dair əmr imzalaması ilə bağlı məlumatlar gedib.

Məlumatda nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Şərif ƏsədullayevləBakı şəhər Baş Polis İdarəsinin rəis müavini Həsən Şirinovun da xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərildiyi bildirilir.

Sadiq Gözəlov və Şərif Əsədullayevlə bağlı xəbər rəsmi təsdiqini tapıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA