Generalı kim əvəz edir? - Nazir idarə rəisinin vəzifəsini müavinə həvalə edib

img

25-01-2017 [10:42]


Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsi bu idarənin rəis müavini Samir Zeynalova tapşırılıb.

Bu barədə DİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Ehsan Zahidov məlumat verib.

S.Zeynalov 1980-ci ildə anadan olub. 2000-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib, 1996-cı ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb. 2015-ci ilin yanvar ayının 21-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə, dövlət mükafatına, DİN-in "Qüsursuz xidmətə görə” 3 və 2-ci dərəcəli medallarına, digər müxtəlif mükafatlara layiq görülüb.

Qeyd edək ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

O, 1955-ci ildə anadan olub. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 iyul tarixli 597 nömrəli sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilib.   (Report)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA