Məcburi köçkün tələbələrlə bağlı rəsmi açıqlama - Pulsuz təhsil qüvvədə qalacaq

img

25-01-2017 [10:24]


"Azərbaycanda dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslara qəbul olunan məcburi köçkün tələbələr əvvəlki qaydada təhsillərini davam etdirəcək”.

Bunu Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan Dövlət Televiziyasına müsahibəsində bildirib.

Ə. Həsənov deyib ki, ödənişli ixtisaslar üzrə təhsil alan məcburi köçkün tələbələrin ödənişdən azad edilməsi qüvvədə qalacaq: "Bundan sonra da məcburi köçkün tələbələr dövlət ali məktəblərində təhsil aldıqları müddətdə ödənişdən azaddırlar. Bu güzəştin ləğvi nəzərdə tutulmayıb”.

Dövlət Komitəsinin sədri məcburi köçkünlər üçün şəxsiyyət vəsiqələrinin rüsumsuz alınmasının da qüvvədə qalacağını açıqlayıb.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA