24-01-2017 [16:56]
ABŞ-ın yeni prezidenti Donald Tramp özünün inauqurasiya nitqində "yeni ittifaqlar” quracağını deyərkən Rusiyanı nəzərdə tuturdu. Lakin o, Rusiya ilə münasibtləri düzəldə bilmək üçün əvvəlcə öz hakimiyyətini möhkəmləndirməlidir.
Virtualaz.org xəbər verir ki, bu haqda 2013-cü ildə Donald Trampla birlikdə Moskvada "Dünya gözəli” müsabiqəsini keçirmiş azərbaycanlı oliqarx-milyarder Araz Ağalarov "Komsomolskaya Pravda” qəzetinə müsahibəsində danışıb.
"Aydın məsələdir ki, Trampa güclü təzyiq var, onlar hələ hakimiyyətdə möhkəmlənməyiblər. Ona görə də onun komandasının dedikləri gələcəkdə edəcəkləri ilə tam uyğun gəlməyə bilər…
Əgər heç bir impiçment və ya hansısa başqa axmaqlıqlar baş verməsə, Tramp əsas postlara öz adamlarını yerləşdirə bilsə situasiya prinsipcə, dəyişə bilər”-Araz Ağalarov deyib.
Azərbaycanlı oliqarxın fikrincə bu proses azı yarım il çəkməlidir. Ancaq onun fikrincə Rusiya Trampdan nəsə gözləməli deyil: "Əsas odur ki, bizə zərər vurmasınlar, biz ancaq öz gücümüzə arxalanıb irəli getməliyik”.
Ağalarovun sözlərinə görə, Tramp praqmatik adamdır, dəfələrlə Rusiyada olub. İnsanları başa düşür, əlaqələri düzəltmək istəyir.
İş adamı bildirir ki, Trampla, yaxud onunla bağlı olan biznes strukturlarla əlaqələri bərpa etmək haqda düşünmür.
"İndi bilirsiniz vəziyyət necədir? Orada situasiya elədir ki, hansısa keçmiş biznes-partnyorların ortaya çıxması aranı qarışdıracaq. İndi orada hər şey diqqətlə araşdırılır. Tutaq ki, Trampa nə vaxtsa işləmiş hansısa indus ortaya çıxdı- o saat bütün mətbuat partlayacaq: budur, Tramp özünün köhnə əlaqələrindən istifadə edir, hansısa biznes qurmaq istəyir və s. Aydın məsələdir, o, sözünü tutan adamdır. Yəni əgər mən görüşməyi xahiş etsəm, fikrimcə, etiraz etməz.
Lakin bu, birincisi mənim tərəfimdən düzgün olmazdı, çünki onu pis vəziyyətdə qoya bilərəm. Çünki onların bütün mətbuatı seçkilərə qədər Trampı Kremllə əlaqələndirmək üçün mənim onunla fotolarımı dərc edib. Və indi "bunu təsdiqləyərək” mən haradasa onunla birgə peyda oluram…Daha betər olardı ki, Ağ Evdə. Bütün qəzetlər tozanaq qoparacaq. Ona görə də gözləmək lazımdır, gələcək göstərəcək”-azərbaycanlı oliqarx bildirib.
Ağalarov jurnalistin sualına cavab olaraq deyib ki, hələlik Rusiya XİN, yaxud digər strukturlar Trampla tanışlığına görə onunla əlaqə saxlayıb nəsə kömək istəməyiblər: "Fikrimcə mən Trampla işləyən tək adam deyiləm. Tramp bura 1980-ci illərdən gəlib-gedirdi və yəqin ki, məndən başqa da kimlərisə tanıyır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi