Tələbələrlə bağlı məlumatları vaxtında təqdim etməyən təhsil müəssisəsinin rəhbəri 3000 AZN cərimələnəcək

img

04-06-2010 [04:12]


İnzibati Xətalar Məcəlləsinə əlavələr ediləcək. Bu haqda qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub. Komitənin sədri Şəmsəddin Hacıyev bildirib ki, məcəlləyə yeni 348-4 maddəsinin əlavə edilməsi təklif olunur: ?Əlavə ali və orta ixtisas təhsili müəssisələrinin tələbə-məzun dövlət elektron məlumat sisteminə qoşulması və ya məlumatların həmin sistemə vaxtında tam, düzgün daxil edilməsi haqqındadır. Bu müddəa da ?Təhsil haqqında? qanunla əlaqədar olan məsələdir?. Ş.Hacıyevin sözlərinə görə, hələ də bəzi təhsil müəssisələri məlumatları tam və düzgün şəkildə müvafiq icra hakimiyyətinə təqdim etmir. Əlavədə bu məlumatların vaxtında təqdim edilməyəcəyi halda təhsil müəssisəsinin rəhbəri üçün 3000 AZN, bu işə məsul olan şəxs üçün isə 200 AZN məbləğində cərimə nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA