Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

img

04-06-2010 [04:08]


Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. İclasda ?Təhsil haqqında? qanuna nəzərdə tutulan əlavə haqqında məsələ müzakirə olunub. Komitənin sədri Şəmsəddin Hacıyevin sözlərinə görə, qanuna təklif olunan əlavənin mahiyyəti ondan ibarətdir ki, özəl təhsil müəssisələri əldə etdikləri gəlirlərin ən azı iki faizini həmin müəssisədə elmi-tədqiqat işlərinin həyata keçirilməsinə sərf etməlidir. Komitə sədri bildirib ki, bu xərclər də əsas etibarilə qrant formasında həyata keçirilməlidir. ?Özəl təhsil müəssisələri elmi tədqiqatla məşğul olmalı və bunun üçün də maliyyə vəsaiti olmalıdır? deyə o, vurğulayıb. Müzakirələrdən sonra məsələnin Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA