“Sualı bizə yox, Lider TV-yə verin” - Səfirlikdən jurnalistlə bağlı suala cavab

img

23-01-2017 [16:01]


Xəbər verdiyimiz kimi, Lider TV-nin Rusiya üzrə müxbiri Anar Həsənov işdən çıxarılıb. Onun işdən azad olunmasına səbəb kimi Rusiya XİN rəhbəri Sergey Lavrova verdiyi sual göstərilir.

Mətbuatda hətta jurnalistin Rusiyadakı fəaliyyətinin dayandırılması barədə "vəsatət”i Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun qaldırdığı da iddia edilib.

Mia.az xəbər verir ki, Ölkə.Az məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi ilə əlaqə saxlayib. 

Səfirliyin mətbuat xidmətindən bildiriblər ki, Anar Həsənovun işdən çıxarılması sualını onlara yox, Lider TV-yə ünvanlamaq lazımdır: 

"Səfirlik öz işi ilə, diplomatik fəaliyyətilə məşğuldur. "Lider TV" isə müstəqil telekanaldır, özləri bilir, kimi işdən çıxarır, kimi işə götürür. Jurnalistin işdən çıxarılması məsələsilə bağlı telekanala müraciət olunsa, daha yaxşı olar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA