?Bakıelektrikzəbəkə? borclu abunəçilərin izığı kəsəcək

img

04-06-2010 [11:53]


?Bakıelektrikşəbəkə? ASC elektrik enerjisi istehlakçılarının nəzərinə çatdırır ki, son vaxtlar edilən xəbərdarlıqlara baxmayaraq bəzi abonentlər 6 9 aydır ki, istifadə etdikləri elektrik enerjisi haqqını ödəməkdən yayınırlar. ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, qurumun fəaliyyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 7 iyun 2010-cu il tarixində saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. Elektrik enerjisi təchizatını dayandırmaq məqsədilə 250 əməkdaş artıq bu gündən etibarən borclu abonentlərin mənzillərinə baş çəkəcək. Borcunu yuxarıda qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcək. Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaq. Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin internet saytımız (www.bes.az) vasitəsilə ?onlayn? olaraq həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA