23-01-2017 [14:15]
"Lider” telekanalı Rusiyanın xarici işlər naziri Sergey Lavrova ünvanlandığı suala görə işdən azad edildiyi deyilən müxbiri Anar Həsənovla bağlı açıqlama verib.
Şirkətin "Xəbərlər” departamentinin rəisi Anar Şükürov Modern.az-a deyib ki, müxbirin işdən azad edilməsinin ünvanlandığı sualla heç bir əlaqəsi yoxdur: "Təəssüf ki, Anar Həsənovun işdən azad olunması məhz bu ərəfəyə düşdü. Yəni müxbirin işdən çıxarılması Rusiya xarici işlər nazirinə ünvanlandığı sualla bağlı deyil”.
O bildirib ki, Anar Həsənov televiziyanın daxili əmri ilə işdən azad edilib:
"Onun işdən azad edilmə səbəbi tamamilə başqadır. Yəni hər bir idarədə, müəssisədə zaman-zaman işçilərin işdən çıxarılması, müqavilə müddətinin başa çatması, yaxud könüllü çıxması baş verir.
Məsələn, 2 ay əvvəl, elə təxminən 5 gün əvvəl başqa işçilər də işdən azad olunub. Anar Həsənovun işdən çıxarılmasının bu zamana düşməsi sırf təsadüfdür”.
A.Şükürov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun "Lider”in müxbirinin verdiyi suala görə cəzalandırması, təhqir etməsi faktlarını təkzib edib:
"Mən "Lider” televiziyasının "Xəbərlər” departamentinin rəisiyəm. Ümumiyyətlə, mənə müxbirin verdiyi suala görə nə Rusiyadakı Azərbaycan səfirliyindən, nə də burdan elə bir zəng, təpki olmayıb”.
Departament rəisi jurnalistin peşəsinə uyğun olmayan istiqamətə yönəlməsi iddialarına görə işdən azad edilməsi iddialarına da münasibət bildirib: "Mən ancaq onun işi ilə bağlı danışa bilərəm. Şəxsi işləri necə, nə cür olub, mən deyə bilmərəm. İşçi olaraq bizə Rusiyadan reportajlar hazırlayıb göndərib”.
Qeyd edək ki, Lider TV-nin Moskva üzrə müxbiri Anar Həsənov Rusiyanın xarici işlər naziri Sergey Lavrova "Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq” sualını verib.
Lavrov isə "Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil” cavabını verib.
Mia.az
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR