Həftəsonu havanın temperaturu 37 dərəcəyə qalxacaq

img

04-06-2010 [11:16]


Bu gün Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, havanın temperaturu gündüz 30-34 dərəcə, axşam 22-25 dərə isti olacaq. İyunun 5-də hava az buludlu, yağmursuz keçəcək. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 20-24, gündüz 31-35 dərəcə isti olacaq. İyunun 6-da hava dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 28-31 dərəcə isti olacaq. İyunun 7-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-22, gündüz 29-32 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında iyunun 5-də hava, əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, arabir güclənəcək. Gecə 19-24, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq. İyunun 6 və 7-də hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA