Azərbaycan elminə ağır itki üz verdi - Akademik vəfat etdi

img

19-01-2017 [18:49]


Azərbaycan elminə ağır itki üz verib.

Azərbaycanın tanınmış riyaziyyatçısı Cəlal Allahverdiyev bu gün vəfat edib. Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, AMEA İdarəetmə Sistemləri İns­titu­tun­­un "İdarəetmənin riyazi məsələləri” laboratoriyasının müdiri, fizika-riyaziyyat  elmləri doktoru, professor C.Allahverdiyev 87 yaşında dünyasını dəyişib. 

 Qeyd edək ki, Cəlal Allahverdiyev 17 sentyabr 1929-cu il Şuşa şəhərində anadan olub.

 1951-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib və Mstislav Keldışın rəhbərliyi ilə Moskva Dövlət Universitetinin aspirantı olub, 1957-ci ildə "Öz-özünə qoşma olmayan tənliklərin bəzi siniflərinin məxsusi və birləşmiş funksiyalar sisteminin tamlığı haqqında" adlı namizədlik dissertasiyasını müdafiə edib. 1969-cu ildə professor elmi adına layiq görülüb. Onun ən məşhur elmi nəticəsi "Allahverdiyev teoremi" adı altında bir çox kitablara, o cümlədən funksional analiz dərsliklərinə salınıb

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA