ARDNŞ-lə məcburi köçkünlər arasında qarzıdurma yaranıb

img

03-06-2010 [12:49]


Biləcəri qəsəbəsi, Məlik Aslan küçəsində yerləşən yarımçıq binada məskunlaşan məcburi köçkünlərlə Azərbaycan Respupublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında insident yaşanıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən sakinlər bildirirlər ki, bu gün saat 12.30 radələridə ARDNŞ əməkdaşları binaya gələn bütün qaz xətlərini kəsiblər: ?Dünən də bir qrup ARDNŞ əməkdaşı gəli qazı kəsmək istəyirdilər. Amma sakinlər müdaxilə edib imkan vermədilər. Bu gün isə Neft Şirkətinin mühafizə dəstəsi ilə birlikdə gəldilər. Sakinlər müdaxilə etsələr də mühafizəçilər imkan vermədilər. 60-dan çox ailənin yaşadığı binaya gələn bütün qaz xətlərini kəsib getdilər. Səbəb kimi isə heç bir məlumat vermədilər. Əgər binanı qasa zamanda qazla təmin etməsələr, etiraz aksiyası keçirməyi planlaşdırırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA