Əsgərimizin meyitinin qaytarılması ilə bağlı danışıqlar - Qırmızı Xaç Komitəsindən açıqlama

img

19-01-2017 [15:17]


Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 29 dekabr 2016-cı il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı ona ünvanlanmış müraciətinə cavab verib.
 
Bu barədə APA-ya Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı məlumat verib.
 
"Peter Maurer Ombudsmanın məktubuna cavab verərək bildirib ki, onlar hadisənin inkişafını diqqətlə izləyir və ən yaxın zamanda bütün tərəflərin razılığı əsasında şəhid əsgərimizin cənazəsinin qaytarılması üçün çalışmağa davam edəcəklər”, - deyə A. Səfixanlı söyləyib.
 
Qeyd edək ki, əsgər Çingiz Qurbanov sərhəd zonasında Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA