Sabah hava necə olacaq? - Nazirlik açıqladı

img

19-01-2017 [13:34]


Bakı və Abşeron yarımadasında yanvarın 20-də tutqun hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 Yarımadanın bəzi ərazilərində sulu qara keçəcəyi ehtimalı var.  Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

 Ekologiya və Təbii Sərvətlər nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 1-3° isti, gündüz 4-6° isti, Bakıda gecə 1-3° isti, gündüz  4-6° isti olacağı gözlənilir.

 Atmosfer  təzyiqi  normadan yüksək 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.  Nisbi rütubət  85-95 %  təşkil edəcək.

 Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

 Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA