TQDK sədri Məleykə Abbaszadə Belarus Respublikasının təhsil naziri ilə görüzüb

img

03-06-2010 [11:59]


Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Belarus Respublikasının təhsil naziri Aleksandr Radkovla görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, TQDK sədri Belarusla Azərbaycan arasındakı hərtərəfli əlaqələrdən söz açaraq təhsilin qiymətləndirilməsi sahəsində mövcud olan əməkdaşlıq istiqamətlərindən danışıb. M.Abbaszadə bildirib ki, tarixi ənənələri olan Azərbaycan-Belarus əlaqələrinin başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksələn xətt üzrə inkişaf etməsi böyük əhəmiyyət daşıyır. Səmimi qəbul üçün minnətdarlığını bildirən Aleksandr Radkov təhsilin qiymətləndirilməsi sahəsində ölkələr arasındakı ikitərəfli əlaqələrin səmərəliliyinin artırılması və daha da inkişaf etdirilməsi istiqamətində zəruri olan məsələlərə toxunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA