19-01-2017 [10:29]
Milli Məclisin deputatı Zahid Oruc Modern.az-a deyib ki, vətəndaşların gözləntilərində hökumətin buraxılmasından söhbət gedirsə, bu barədə mötəbər, qəti fikir söyləmək çətindir:
"Hər bir qurumun fəaliyyəti dövlət başçısına bəllidir”
"Çünki bütün bu məsələlər ölkə başçısının səlahiyyətindədir. Biz parlament üzvü olaraq, müxtəlif nazirliklərin fəaliyyətindəki qüsur və nöqsanları, inkişaf elementlərini qabarda bilərik. Amma bütövlükdə hər bir qurumun fəaliyyətinin açıq və konfidensial tərəfləri, cəmiyyət üçün yararlılığı dövlət başçısına bəllidir.
Belə olan təqdirdə, hətta vitse-prezidentlik institutunun yaradılmasının özünü də Nazirlər Kabinetinin 1990-cı illərdə bu modeldə yaranmasına qarşı qoyaraq, tamam kəskin kordinal dəyişikliyin aparılacağını söyləyənlər ifrata varırlar. Əgər Amerika idarəetmə sistemindən danışılırsa, həqiqətən də prezident və onun administrasiyası var, hökumət üzvləri də oraya daxildir. Ayrıca götürülmüş halda müxtəlif sahələr üzrə nazirlər yoxdur, yalnız dövlət katibi institutu mövcuddur. Onlar da qeyd etdiyimiz xarici siyasət funksiyalarını həyata keçirir”.
Z.Oruc son 3 gün ərzində ölkədə iki universitetin bağlanmasını da optimallaşdırmanın davamı kimi qiymətləndirib: "Düşünürəm ki, onlar sadəcə karton diplom istehsalı ilə məşğul olan təsisatlar idi. Bu heç kəsə də sirr deyildi. Azərbaycanın daxili həyatında uzun illər ərzində təhsil əvəzinə yalnız hazır sənəd almağa xidmət edən və ticari keyfiyyətlərlə işləyən bu ünvanlar hamıya bəllidir. Təəssüf edirəm ki, onlar hələ də var. Bu iki universitetlə iş bitmir. Bildiyim qədəri ilə Təhsil Nazirliyi bu istiqamətdə mühüm planlara malikdir. Addım-addım, ciddi şəkildə hər bir ali təhsil müəssisəsinin yüksək standartlar altında fəaliyyətini təmin edəcək bir xətti, siyasəti həyata keçirmək istədilər. Ona görə də Təhsil Nazirliyinin bu mövqeləri də cəmiyyət tərəfindən müdafiə olunur. Əhalinin böyük bir hissəsi keçmişdə "ABU epidemiyasına” (Azərbaycan Beynəlxalq Universiteti-red.) yoluxmuşdu. Bunun da nəticəsində həmin universitet bağlananda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbulundan kənarda müxtəlif, bəlli rüşvət qaydaları ilə qəbul olunmuş 6 minə yaxın şəxs havada qaldı. Onlar uzun müddət parlamentə və digər orqanlara üz tutmaqda idilər ki, məsələyə hüquqi çözüm verilsin. Lakin bu da asan deyildi. Çünki vaxtında kimlərinsə maraqlarına xidmət etmişdilər. Düşünürəm ki, Azərbaycanda nəhayət, həm dövlət idarəetmə sistemində, həm də təhsil sferasında müxtəlif qurumların pozucu, ümumiyyətlə, ictimai həyatına, millət kimi varlığına zərbə vuran bu tendensiyaları da aradan qaldırmaq mümkün olacaq”.
"200 balla tələbə qəbul edən universitetlərin hamısı bağlanmalıdır”
Parlament üzvü təhsil sahəsində beynəlxalq məkanda istifadə edilən təcrübəni əsas götürmək lazım olduğuna diqqət çəkib: "Təhsil standartları bərqərar olunub, verilən sertifikatlar da həmin tələbləri ödəməlidir. İmtahanlarda 200 balla özünə tələbə qəbul edən universitetin problemli səviyyədə olmasına şübhə yoxdur. Bu bal göstəricisi olan insanlar necə mütəxəssissə çevriləcəklər? O universitetlərdə bircə il semestr imtahanlarındakı vəziyyəti izləyin, hətta onların kandarından içəri daxil olanda mühit, əsl ab-hava sizi real vəziyyətlə tanış edəcək. Dünyada özünə hörmət edən millətlər təhsil sferasında bu cür cinayətlərə getmirlər. Ona görə bir daha söyləyirəm ki, nazirlik mexaniki olaraq hər hansı bir qurumun fəaliyyətinə xitam verməyi deyil, daha optimal, daha ağıllı, sosial zərbələrinin az olmasını təmin edən yol seçməlidir. Bu gün Müəllimlər İnstitutunun böyük bir hissəsinin Pedoqoji Universitetlə birləşdirilməsi faktı bizə bəllidir. Belə olan təqdirdə hesab edirəm ki, bizim niyyətimiz böyük müəllim ordusunu, yaxud tələbələri qanundankənar hesab etmək, süni şəkildə onların elmi, bilik göstəricilərini artmağı tələb etmək deyil. Biz sağlam təhsil yolunda səmərəli fəaliyyət göstərməliyik”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi