"Moskva anladı ki, Qarabağla bağlı oyunları dayandırmağın vaxtı çatıb..." - Erməni politoloqdan savaş anonsu

img

19-01-2017 [00:46]


"Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi İttifaqından tamamilə çıxartmağa çalışır. Çünki Moskva anladı ki, Qarabağla bağlı oyunlar oynamağı dayandırmağın vaxtı çatıb və aşkar hədəfləri vurmaq lazımdır. Bu isə Qarabağda üçüncü müharibənin başlaması deməkdir. Ermənistanın Rusiya ittifaqlarından çıxarılması, yaxud sıxışdırılması da Moskvanın məsuliyyətdən tam azad olunması istəyindən irəli gəlir".

Bu barədə erməni politoloq İqor Muradyan deyib.

Onun sözlərinə görə, Ermənistanın ittifaqlardan çıxarılması və Moskvanın ermənilərə görə məsuliyyət daşımaması ilk növbədə Türkiyə ilə münasibətlərin inkişafına imkanlar yaradır:

"Rusiya Türkiyə ilə yaxınlaşaraq, beynəlxalq arenada birgə hərəkət etmək istəyir. Qarabağda hansısa müharibənin baş verməsi digər tərəfdən ABŞ və NATO-nun Cənubi Qafqaza daxil olmasının qarşısını almağa da imkan verir və ruslar bu imkandan istifadə etməyə bilmirlər”.

Publika.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA