"Rusiya Azərbaycana "Tor” zenit raket kompleksləri satıb" - Britaniya mediası erməniləri səksəkəyə saldı

img

18-01-2017 [17:37]


Böyük Britaniyanın "Daily Star" analitik nəşrində Rusiyanın Azərbaycana müasir "Tor” zenit raket komplekslərini satdığı barədə məlumatın yayılmasından sonra, bu məsələ Ermənistan kütləvi informasiya vasitələrində ciddi müzakirə olunur.

İstiPress-in məlumatına görə, erməni hərbi ekspert Arkadiy Qriqoryan news.am saytına müsahibəsində deyib ki, "Tor” zenit raket kompleksləri Azərbaycan Silahlı Qüvvələrinin balansında var və hətta hərbi təlimlərdə də istifadə olunur.

Ekspert bildirib ki, bu zenit raket kompleksləri 12-16 kilometr məsafədəki hədəfi dəqiqliklə vururaq məhv edən ən müasir silahlardandır.

"Sistem avtomat rejimdə müəyyən edilmiş hava məkanına özü nəzarət edir, bütün hava hədəfləri avtomatik olaraq zərərsizləşdirir”, - Arkadiy Qriqorya bildirib.

Rusiyanın Azərbaycana müasir "Tor” zenit raket komplekslərini satdığı barədə məlumat dünən yayılıb.

 Daily Star nəşrinin əməkdaşı Piter Trumen "Putinin son silahları Amerika raketlərini havada vuracaq” adlı məqaləsində iddia edir ki, rəsmi Moskva "Tor” ZRK-ni Azərbaycana satıb.

"Tor" zenit raket kompleksi
"Tor" zenit raket kompleksi

Analitik qeyd edir ki, Rusiyanın bu silahı hədəfi yüksək dəqiqliklə vura bilən raketləri, eyni zamanda ABŞ bombardmançılarının istifadə etdiyi American Paveway raketlərini məhv etmə qabiliyyətinə malikdir.

Məqalədə vurğulanır ki, "Tor” ZRK dövlət əhəmiyyətli, iqtisadi və hərbi obyektlərini müxtəlif qanadlı raketlərdən, aviabombalardan, təyyarə və helikopterlərdən müdafiə üçün nəzərdə tutulub.

Bu sistem operator tərəfindən, həm də avtomatik şəkildə idarə olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA