Bakıda zəlzələ olub, insan tələfatı və dağıntı yoxdur

img

03-06-2010 [11:30]


Bu gün səhər saatlarında Bakıda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar saat 09:53 radələrində Bakı şəhərindən 50 km şimali şərqdə, dənizdə, 68 km dərinlikdə 4,2 bal gücündə qeydə alınıb. Təkanlar Bakıda 2- 2,5 bal, şəhərin Xəzər sahilindəki yaşayış məntəqələrində isə 2.0-3.0 bala qədər hiss edilib. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA