Generallar Azərbaycan-Rusiya sərhədində - Sərhəd və gömrük nəzarətinin gücləndirilməsi tapşırıldı

img

18-01-2017 [17:25]


Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev və Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev "Samur" gömrük-sərhəd buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olublar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən mia.az-a verilən məlumata görə, E.Quliyev və S.Mehdiyev "Samur" gömrük-sərhəd buraxılış məntəqəsində sərnişinlərin və nəqliyyat vasitələrinin sərhədkeçmə vəziyyəti barədə məlumat alıb, dövlət sərhədindən keçən sərnişinlər və yük avtomobillərinin sürücüləri ilə söhbət edərək onların qarşılaşdıqları problemlərlə maraqlanıblar. Dövlət sərhədindən keçən şəxslər, yük avtomobillərinin sürücüləri buraxılış məntəqəsindəki şəraitdən razılıqlarını ifadə ediblər, eləcə də gömrük rəsmiləşdirilməsi ilə əlaqədar problemlərinin olmadığını bildiriblər.

Son illərdə həyata keçirilən islahatlara paralel olaraq "Samur" gömrük-sərhəd buraxılış məntəqəsində tranzit yükdaşımalarının həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlər barədə vəzifəli şəxslərin məruzələri də dinlənilib, mövcud problemlər, həmçinin sərnişinlərin və nəqliyyat vasitələrinin gömrük nəzarəti prosesinə daha az vaxt sərf edilməsi imkanları müzakirə edilib.

Sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA