Sel bölgəsində buraxlız imtahanları ləğv edildi

img

02-06-2010 [06:22]


Təhsil Nazirliyi Şirvan şəhərində subasma bölgəsinin rayon təhsil şöbələrinin müdirləri ilə keçirdiyi müşavirədən sonra həmin zonaya aid məktəblərdə buraxılış imtahanlarının ləğvi barədə qərar qəbul edib. Nazirlikdən verilən məlumata görə, müzakirələrdən sonra 8 rayonda basmış məktəblərin 9 və 11-ci sinifləri bitirən şagirdlərin attestat və şəhadətnamələrinə illik yekun qiymətlərin yazılması qərara alınıb. Seldən zərər çəkməyən digər məktəblərdə adi qaydada imtahanlar keçiriləcək və həmin məktəblərdə imtahanların keçirilməsinə daha ciddi nəzarət olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA