17-01-2017 [19:07]
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 2016-cı ilin yekununa dair keçirdiyi böyük mətbuat konfransında Azərbaycanın maraqlarına uyğun olmayan bəzi fikirlər səslənib.
S.Lavrov "Dağlıq Qarabağ işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizlənməyə başlanılsa, Rusiya buna necə baxacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi" sualına belə cavab verib:
"Bu, mücərrəd bir məsələ və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil”.
Rusiyanın XİN başçısı Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərtinin və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbinin hər zaman qüvvədə qaldığını da söyləyib.
S.Lavrovun çıxışı onu deməyə əsas verir ki, rəsmi Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu mövqe Azərbaycanın ərazi bütövlüyünün təmin edilmə baxımından qənaətbəxş deyil və suveren hüquqlarının pozulmasıdır.
XİN başçısının "Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil” tipli bəyanatı münaqişənin həllində vasitəçilik edən dövlətə inamsızlığı artırır. S.Lavrov çıxşında tərəf saxladığını gizlədə bilməyib.
Heç kimə sirr deyil ki, bir dövlətin ərazi bütövlüyü məsələsi beynəlxaq hüquqa əsasən yalnız həmin dövlətin müsətsna hüquqlarına daxildir. Münaqişənin həllində vasitəçilik etmək istəyənlər bu amili mütləq nəzərə almalıdırlar. Əks halda, belə bir sual yaranır: Rusiya Dağlıq Qarabağı hansı ölkənin ərazisi sayır?
Təbii ki, həmin bölgə və Ermənistanın işğal etdiyi digər ərazilər Azərbaycan torpaqlarıdır. Bəs onda Dağlıq Qarabağ münaqişəsi necə Azərbaycanın daxili işi sayılmır? Məgər Rusiya ilə bağlı belə bir hadisə baş versəydi, federasiyanın ərazi bütövlüyünü hansısa dövlət və güclər həll edərdi?
Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupu və həmsədr dövlətlər beynəlxalq vasitəçi kimi çıxış edərək qan tökülməsinin qarşısını almaq niyyətində olduqlarını bildirirlər. Bu, onlara Azərbaycanın ərazi bütövlüyünü və həmin torpaqlarda rəsmi Bakının suveren hüquqlarını pozmaqda kimsəyə haqq qazandırmır.
S.Lavrovun çıxışı həm də vasitəçilərə olan inamsızlığın göstəricisidir. Həmin qrup və həmsədr dövlətlər bu kimi bəyanatları və işğalçını müdafiə edən mövqeləri ilə Azərbaycana ərazi bütövlüyünü tam təmin etməyə mane olurlar.
Rusiyalı nazir "Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi bölgədə təhlükəsizliyi təhdid edir” desəydi, bunun fərqli yozumu da ola bilərdi.
Ancaq yuxarıda qeyd etdiyimiz şəkildə bəyanat Dağlıq Qarabağın indiyə qədər işğaldan azad edilməməsinin və bu prosesin gecikməsinin əsl baiskarını açıq şəkildə göstərir.
Beləliklə, münaqişənin həllinə yardım etmək istəyən Rusiyanın Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və birdəfəlik sülh əldə olunması prosesini əngəlləmiş kimi görünür.
Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsini yaradanlar onu həll etməkdənsə, hazırkı vəziyyəti saxlamaqda və bölgədə gərginlik ocağının aradan qalxmamasında maraqlıdırlar. Bu baxımdan vasitəçilik missiyası ilə çıxış edən dövlətlər arasında münaqişənin həllinə dair ümumi razılığın olmadığı bir daha təsdiqləndi.
Sədrəddin İsmayılov,
Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi