17-01-2017 [14:50]
Kommunal xidmətlərə görə məcburi köçkünlərə verilən güzəştlərin ləğv edilməsilə bağlı müəmmalar davam etməkdədir.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Modern.az-a deyib ki, hələlik bu haqda rəsmi qərar yoxdur.
Əli Həsənovun anonsu...
Xatırladaq ki, məsələ ilə bağlı müəmmalı vəziyyətin yaranmasına səbəb də elə "Dövlətqaçqınkom”un sədri Əli Həsənovun ötən ilin sonlarında Nazirlər Kabinetinin iclasındakı çıxışı olub.
Həmin toplantıda Baş nazirin müavini bildirmişdi ki, məcburi köçkünlərə yardımların verilməsi ilə bağlı yeni sənədin layihəsi hazırdır və hökumətə təqdim olunub: «Məcburi köçkünlərə ayrılan vəsaitin ödənişində yeni qaydaların və sosial ədalət prinsipinin tətbiq edilməsi məqsədilə təkliflər zərfi hazırlanaraq Baş nazirə təqdim edilib. Yaxın günlərdə məsələnin Baş nazirin yanında aidiyyəti nazirlik və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə müzakirəsi nəzərdə tutulur.
Yeni qaydalar 2017-ci il yanvar ayının əvvəlindən tətbiq ediləcək. Bunun üçün hüquqi sənəd – Nazirlər Kabinetinin qərarı qəbul ediləcək. Yemək xərci müavinəti ilə bağlı yeni qaydalar isə hazırlanaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib. Məcburi köçkünlərə kommunal xidmət xərclərinin verilməsində də dəyişikliklər olacaq”.
Məcburi köçkünlər çaşqın vəziyyətdə
Məsələ ilə bağlıModern.az-a danışan Xocalıdan olan deputatElman Məmmədovhazırda cəbhə bölgəsində, Şuşa məcburi köçkünlərilə görüşdə olduğunu bildirib:
"Biz hazırda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovla birlikdə Ağcabədi və Ağdam rayonları arasında "Haramı” zonasındayıq. İnsanlarla görüşürük, onları dinləyirik. Məcburi köçkünlərin də ən çox maraqlandığı mövzu məhz budur. Düzü, məsələ "Dövlətqaçqınkom” tərəfindən rəsmi təsdiqlənmədiyindən, biz də də insanlara dəqiq bir söz deyə bilmədik. Amma bildiyim qədərilə bəzi məsələlərin həllindən sonra qərar qüvvəyə minməlidir”.
Deputat deyib ki, hazırda yeni qaydalar üzərində işlər gedir: "Müəyyən proseslər gedir, amma limitlər, müavinətlərlə bağlı rəsmiləşmə olmayıb. Rəsmi məlumat olmayandan sonra çöldən-çölə danışmaq doğru deyil”.
Yanvar ayının kommunal xidmət haqlarını kim ödəyəcək?...
Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin yaydığı məlumatda deyilirdi ki, ölkə ərazisində öz yaşayış ünvanlarını dəyişərkən faktiki istehlaka görə kommunal xidmət xərclərinin ödənilməsi üçün həyata keçirilən müəyyən prosedur qaydaları artıq əlavə problemlərin yaradılmasına gətirib çıxarırdı. Məcburi köçkünlərin həmin müraciətləri nəzərə alınaraq onların istifadə etdiyi kommunal xidmətlərin dəyərinin plastik kart vasitəsilə onların özlərinə verilməsi məsələsi xeyli vaxtdır ki, müvafiq dövlət qurumları ilə müzakirə olunur.
"Burada əsas məqsəd məcburi köçkünlərin müstəqil həyat tərzinə uyğunlaşdırılması, torpaqlar işğaldan azad olunandan sonra onların qayıdıb öz torpaqlarında adaptasiya olunmalarına hazırlıq, məcburi köçkünlərin özlərində müəyyən iş vərdişlərinin, əlavə dolanışıq imkanlarının yaranması, dövlət büdcəsinin vəsaitinin qənaətlə istifadə olunması və israfçılığın qarşısının alınmasından ibarətdir”,-deyə "Dövlətqaçqınkom” bəyan edib.
Qeyd edək ki, hökumət tərəfindən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlər hesabına məcburi köçkünlərin kommunal xidmətləri xüsusi limit tətbiq edilməklə ödənilir. Eyni zamanda məcburi köçkünlərə 18 manat aylıq yemək xərci verilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi