Milli Məclisin sədri Oqtay Əsədov Dmitri Medvedevlə görüzəcək

img

02-06-2010 [11:25]


Milli Məclisin spikeri Oqtay Əsədov bu gün Rusiyaya rəsmi səfərə yola düşür. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, səfər iki gün davam edəcək. Səfər çərçivəsində spikerin başçılıq etdiyi nümayəndə heyətinin Rusiya Dövlət Dumasında və digər rəsmi dairələrdə bir sıra görüşləri keçiriləcək. O.Əsədovun Rusiya Dövlət Dumasının sədri S.Mironovla, daha sonra Rusiya prezidenti D.Medvedevlə görüşəcəyi gözlənilir. Görüşlərdə Azərbaycan və Rusiya parlamentləri arasında əməkdaşlıq əlaqələri, regional münaqişələr məsələləri müzakirə olunacaq. Azərbaycan nümayəndə heyətin tərkibinə deputatlar Rüfət Quliyev, Mixail Zabelin, Adil Əliyev və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA