Sənəd Qəbulu Komissiyalarında 115855 abituriyent elektron ərizəsini təsdiq etdirib

img

01-06-2010 [05:44]


İyunun 1-də 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizələrinin qəbulu başa çatmışdır. Qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 20-dən iyunun 1-dək internet vasitəsilə elektron ərizə doldurmuş, və aprelin 30-dan iyunun 1-dək müvafiq sənəd qəbulu komissiyasına tələb olunan sənədləri təqdim etməklə ərziələrini təsdiq etdirmişlər. Ərizə qəbulu elanının tam mətni ?Abituriyent? jurnalının 2010-cu il 2-ci sayında dərc olunmuşdur. Həmçinin ərizə qəbulu elanı, ərizə qəbulu prosesi ilə bağlı bütün məlumatlar müntəzəm olaraq TQDK-nın internet saytında yerləşdirilmişdir. Ərizə qəbulu üçün nəzərdə tutulmuş son müddət mayın 31-də başa çatmalı olsa da, TQDK rəhbərliyi elektron ərizə doldurmuş, lakin SQK-da təsdiq etdirməmiş abituriyentlərin olduğunu nəzərə alıb, ərizələrin qəbulunu 1 iyun 2010-cu il saat 17-dək uzadılması barədə qərar qəbul etmişdir. İlkin statistik məlumatlara əsasən Sənəd Qəbulu Komissiyalarında 115855 abituriyent elektron ərizəsini təsdiq etdirmişdir. (2009-cu ildə 112875). Bölmə və ixtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayı haqqında məlumat: Bolmə - I qrup - II qrup - III qrup - IV qrup - Cəmi Azərbaycan - 33728 - 25149 - 30167 - 14670 - 103714 Rus - 3425 - 3735 - 3529 - 1452 - 12141 Cəmi - 37153 - 28884 - 33696 - 16122 - 115855

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA