ümid Partiyası israil dövlətinin humanitar gəmilərə basqınını pisləyib

img

01-06-2010 [05:40]


Bu gün Ümid Partiyası Rəyasət Heyətinin növbəti toplantısı keçirilib. Iclasda ölkədə ictimai-siyasi durum, partiyada təşkilati vəziyyət, seçkiöncəsi demokratikləşmə prosesində gedən problemlər dünyada baş verən hadisələr və s. müzakirə olunub. Daha sonra partiyanın 2010-cu il parlament seçkilərində namizəd olaraq iştirak edəcək şəxslərinin seçki hazırlıqları müzakirə olunub. Daha sonra Partiya rəhbərliyi İsrail hərbi donanmasının Qəzzaya yaxınlaşan humanitar yardım yüklü 6 gəminin yolunu kəsib, onlardan birinə-Türkiyə bayrağı altında üzən ?Mavi Mərmərə? gəmisinə xüsusi təyinatlı dəniz piyadaları tərəfindən basqın etməsi hadisəsinə münasibət bildirib. Rəyasət Heyətinin üzvləri öz çıxışlarında yekdilliklə İsrail dövlətinin humanitar gəmilərə basqını pisləyiblər. Iclas cari məsələlərin müzakirə ilə başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA