AMiP israil dövlətinin törətdiyi cinayətkar əməllərinə görə Böyük Türk xalqından üzr istəməsini tələb edir

img

01-06-2010 [05:36]


Azərbaycan Milli İstiqlal Partiyası Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə İsrail Silahlı Qüvvələri tərəfindən hücuma etiraz edib. Partiyanın bəyanatında deyili: ?Azərbaycan Milli İstiqlal Partiyası Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə İsrail Silahlı Qüvvələri tərəfindən açıq dənizdə qətllərlə nəticələnən hücumunu kəskin etirazla qarşıladı. Bu bədnam əməliyyatı həyata keçirənlər öz hərəkətləri ilə bəşəriyyətə, insanlığa, sülhə və təhlükəsizliyə düşmən olduqlarını bir daha sübuta yetirmiş oldular. Blokadaya salınaraq hər cür mərhumuyyətlərə və çətinliklərə salınmış Qəzza bölgəsində yaşayan insanlara kömək əlini uzadan beynəlxalq humanitar təşkilatlara qarşı İsrail hərbçilərinin amansız davranışı ali dəyərlərin, eləcə də, hamılıqla qəbul edilmış hüquq normalarının və prinsiplərin tapdanması deməkdir. AMİP hesab edir ki, İsrail Silahlı Qüvvələrinin ?Azadlıq karvanı?na quldurcasına basqını beynəlxalq aləmlə hesablaşmamaq və insanlığa qarşı qəsd kimi dəyərləndirilməli və təcavüzkarın qarşısı dərhal alınmalıdır. Partiya dünya birliyinin baş verən zorakılığa biganə qalmayacağına, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün daha sərt və qətiyyətli addımlar atacağına ümid edir. AMİP eyni zamanda İsrail dövlətinin beynəlxalq ictimaiyyətdən, o cümlədən də Böyük Türk xalqından törətdiyi cinayətkar əməllərinə görə tezliklə üzr istəməsini tələb edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA