13-01-2017 [15:32]
Banka əmanət qoymağın cinayət olduğunu deyən dövlət qurumu əməkdaşları iş adamını təhdid edərək yüz minlərlə dollar pulunu alıblar.
Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu hadisə də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində baş verib. "Eldar Mahmudov-Mövlam Şıxəliyev-Vüsal Ələkbərov” qruplaşmasının növbəti qurbanı biznesmen Namil Rzayev olub.
N.Rzayev istintaqa ifadəsində deyib ki, 2007-ci ildə "Texnikabank” ASC-nin "Bakı” filialına əmanət kimi qoyduğu 428 min 400 manat pula görə 2008-ci ilin oktyabr ayında MTN-ə çağırılıb. Orada onu İstintaq Baş İdarəsinin rəisi Vüsal Ələkbərov qəbul edib və rəhbərliyin göstərişi ilə onu həbs etməli olduğunu deyib:
"Səbəb kimi isə "Texnikabank”a əmanət qoymağımı göstərdi. Bunun cinayət sayılmadığını dedim, o isə "sən ya biz deyəni etməlisən, ya da biz səni həbs etməliyik”, - dedi. Sonra məni Mövlam Şıxəliyevlə görüşdürdü, o isə bu məsələ ilə bağlı nazir Eldar Mahmudovla danışdığını və "siyahıda sənin də adın var, sən Zal Yusifovla əlbir olmusan, yüksək faizlər almısan. Eldar Mahmudovun göstərişi var, o, deyib ki, mən Namil Rzayevi yaxşı tanıyıram, 1 milyon dollar gətirsin, yoxsa onu da həbs etməliyik”, - dedi”.
MTN vəzifəliləri iş adamını buraxaraq pulu toplaması barədə göstəriş veriblər və bir neçə gün sonra tələb olunan məbləğə endirim etdiklərini açıqlayıblar:
"Vüsal zəng edib dedi ki, "rəhbərlik sənin xahişini nəzərə alınıb 700 min dollara razılaşıb”, mən isə o qədər pulumun olmadığını dedim. Amma bilirdim ki, tanışlarım Hüseyn Səfərov və Nizami Kazımovu eyni ittihamla həbs ediblər. 200 min dollar toplayıb Mövlam Şıxəliyevlə görüşdüm. Onun yaşadığı küçədə görüşüb pulu ona verdim, o da mənə kömək edəcəyini dedi”.
M.Şıxəliyevin köməyi isə növbəti dəfə təhdidlə tələb olunan pulun miqdarını bir az azaltmaq olub. Təxminən 10-15 gün sonra V.Ələkbərov N.Rzayevə zəng edərək əlavə 300 min dollar verməsə, həbs ediləcəyini təkrar deyib və maraqlı bir tapşırıq da verib:
"Vüsal mənə dedi ki, "Xəqani küçəsində "Tahir” marketi keçəndən sonra dəftərxana var, oradan 250 manata qara rəngli çanta al, pulu həmin çantaya qoy və üstünə də göyərti al, qoy və MTN-ə gətir”. Mən başqa heç yerdən pul tapa bilmədiyim üçün Neftçilər prospektində yerləşən evimi "Gilan” MMC-nin direktoru Cəmil Muradova dəyər-dəyməzə, 320 min manata satdım. Tələb olunan pulu düzəldib, Vüsalın dediyi çantanı alıb üstünə göyərti töküb aparıb MTN binasının arxasında ona verdim”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi