Məşhur şokolad yağları satışdan yığışdırılır – Xərçəng təhlükəsi

img

13-01-2017 [13:02]


İtaliyanın "Ferrero” şirkətinin "Nutella” şokolad yağları xərçəng təhlükəsi səbəbindən vitrinlərdən yığışıdırılır.

Trend-in məlumatına görə, Avropa Qida Standartları Agentliyi 2016-cı ildə palma yağının digər bitki yağlarına nisbətən daha təhlükəli olduğunu bildirən hesabat açıqlamışdı.

Tərkibində palma yağı olan "Nutella” şokolad yağlarının bu məlumatdan sonra İtaliyada satışı 3 faiz azalmışdı.

Son zamanlarda "Ferrero” şirkəti palma yağının təhlükəli olmaması barədə reklam çarxları yayımlasa da, İtaliyada bir sıra mağazalar "Nutella”nın satışını dayandırdıqlarını açıqlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA