"AI-92” markalı benzin bahalaşacaqmı - Deputatdan açıqlama

img

13-01-2017 [11:15]


""AI-92” markalı benzinin də qiymətinin qalxması gözlənilmir”.

Mia.az xəbər verir ki, bunu bakipost.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Onun sözlərinə görə, "AI-95” Premium markalı benzin Azərbaycana xaricdən idxal olunduğu üçün qiymətində artım baş verib: "Dolların qiyməti qalxdığı, məzənnə dəyişdiyi və manat ucuzlaşdığı üçün "AI-95” Premium markalı benzinin qiymətinə təsir etdi. Nəticədə də qiymət artımı oldu. Tarif Şurası "AI-95” Premium markalı benzinin qiymətini tənzimləmir. Ona görə də qiymət artdı”.

Vahid Əhmədov bildirib ki, "AI-92” markalı benzin Azərbaycanda istehsal olunduğundan, qiytmət artımı da olmayacaq.

Qeyd edək ki, Azərbaycanda "Aİ-95" premium markalı benzinin qiymətin də artım baş verib. "Aİ-95 Premium" markalı benzinin yeni qiyməti 1,05 AZN olub. Bu markalı benzinin bundan əvvəlki qiyməti 0.95 AZN olub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA