Bu vəzifəli şəxslərin maaşları qaldırıldı - Fərman + Məbləğlər

img

12-01-2017 [19:34]


Azərbaycan prezidenti İlham Əliyev "Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 2008-ci il 9 iyul tarixli sərəncamında dəyişikliklər edilməsi barədə” sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən Ali Məhkəmənin Aparatının rəhbəri, Ali Məhkəmənin Aparatının rəhbərinin müavininin, Ali Məhkəmə Aparatında yardımçı şöbənin müdiri, Ali Məhkəmə sədrinin müşaviri, Ali Məhkəməsi sədrinin köməkçisinin inzibati vəzifələrinin təsnifatı dəyişib, maaşları artırılıb.

Başqa sözlə, indiyə qədər inzibati vəzifələrin birinci təsnifatına daxil olan Ali Məhkəmə Aparatının rəhbərinin vəzifə təsnifatı ali təsnifata daxil edilib, müvafiq olaraq maaşı 1675 manatdan 1710 manata qaldırılıb. İnzibati vəzifələrin ikinci təsnifatına daxil olan Ali Məhkəmə Aparatı rəhbərinin müavininin vəzifə təsnifatı birinci təsnifata daxil edilib, vəzifə maaşı 1320 manatdan 1510 manata qaldırılıb.

Ali Məhkəmə Aparatında yardımçı şöbənin müdiri, Ali Məhkəmə sədrinin müşaviri, Ali Məhkəməsi sədrinin köməkçisinin vəzifə təsnifatı da artıq birinci təsnifata daxildir və onların vəzifə maaşı 1460 manat olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA