İcra Hakimiyyətindən direktorla müəllimənin "seks videosu" qalmaqalına - Reaksiya

img

12-01-2017 [18:48]


Şəmkir rayonunun Aşağı Seyfəli kəndində M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində baş verənlər araşdırılıb və nəticələr Təhsil Nazirliyinə təqdim edilib.

Bunu "Report"a Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Məleykə Əlizadə deyib.

M.Əlizadə qeyd edib ki, direktorun fəaliyyəti ilə bağlı qərarı Təhsil Nazirliyi verəcək: "Məktəbdə araşdırmalar aparılıb, müəllimlər dindirilib, izahatları alınıb. Prosesin nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, vaxtı ilə M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində laborant işləyən Xatirə Əliyeva təhsil ocağının direktoru Akif Namazov haqqında bir sıra ittihamlar irəli sürüb. Onun sözlərinə görə, direktor onlardan pul tələb edib. Direktor isə keçmiş laborantı qeyri-etik hərəkətlərə yol verməkdə ititham edib və buna görə işdən çıxarıldığını deyib. O, mətbuatda keçmiş laborant barəsində bir sıra nalayiq ifadələr də işlədib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA