AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədlər – Geologiya və Geofizika İnstitutu seçim etdi

img

11-01-2017 [20:52]


Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, akademik İbrahim Quliyevin sədrlik etdiyi tədbirdə AMEA-nın həqiqi üzvü və müxbir üzvlüyünə olan vakant yerlərə institutun iki əməkdaşının namizədliyi müzakirə olunub:Yeni 

"Şura üzvləri "Neft-qaz geologiyası” ixtisası üzrə AMEA-nın müxbir üzvü Əkpər Feyzullayevin AMEA-nın həqiqi üzvlüyünə, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun AMEA-nın müxbir üzvlüyünə namizədlikləri irəli sürülüb".

Qeyd edək ki, vakansiya "Xalq qəzeti” qəzetinin 15 dekabr 2016-cı il tarixli nömrəsində elan olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA