Prezident İlham Əliyevdən daha bir - Sərəncam

img

10-01-2017 [18:38]


Prezident İlham Əliyev 2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli” elan edilməsi haqqında sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncama əsasən, İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədi ilə belə qərar verilib:

1. 2017-ci il Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli” elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA