Rövnəq Abdullayev ?Azərikimya? istehsalat Birliyində olub

img

31-05-2010 [05:51]


ARDNŞ prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin digər nümayəndələri ?Azərikimya? İstehsalat Birliyində olub, Birliyin idarə və müəssisələrinə baş çəkərək, burada nəzərdə tutulan yenidənqurma tədbirlərinin həyata keçirilməsi yollarını mütəxəssislərlə birlikdə nəzərdən keçirib. Əvvəlcə Bakı-Quba magistralı üzərində yerləşən ?Üzvi sintez? zavodunun ərazisinə baş çəkən ARDNŞ prezidentinə kimya sənayesində vəziyyətin stabilləşdirilməsi istiqamətində görülən ilkin tədbirlər, burada yaradılması planlaşdırılan kimya texnoparkının eskizləri və onunla bağlı ilkin təkliflər təqdim olunmuş, eləcə də aparılacaq abadlaşdırma işlərinin miqyası barədə ətraflı məlumat verilib. Şirkətin prezidenti Rövnəq Abdullayev yalnız Sumqayıtın deyil, bütövlükdə Azərbaycan sənayesinin perspektiv inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcək kimya texnoparkının yaradılması ilə bağlı müvafiq strukturların rəhbərlərinə göstərişlər verib. Sonra ?Üzvi sintez? və Etilen-polietilen zavodlarının texnoloji qurğularının hazırki vəziyyəti və fəaliyyəti ilə yerində tanış olan ARDNŞ rəhbərliyinin təmsilçiləri müasir standartlara cavab verməyən və istismarı dayandırılmış sex və sahələrdə aparılacaq demontaj işlərinin zəruriliyini qeyd etmişlər. ?EP-300? kompleksinin dəniz sahilində yerləşən soyutma qurğusuna baş çəkən ARDNŞ prezidenti onun səmərəliliyinin artırılması, enerji daşıyıcıları itkisinin minimal həddə endirilməsi istiqamətində həyata keçiriləcək tədbirlərlə bağlı tövsiyələrini bildirmişdir. Daha sonra ?Azərikimya? İB-də Rövnəq Abdullayevin sədrliyi ilə müşavirə keçirilmişdir. Müşavirədə Sumqayıtda cəmlənmiş kimya kompleksinin inkişaf perspektivləri, istehsalat sahələrinin mütərəqqi texnologiyalar əsasında yenidən qurulması, məhsulların çeşidlərinin artırılması və keyfiyyətinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması ilə bağlı geniş müzakirə aparılmış, müvafiq qərarlar qəbul edilmişdir. ARDNŞ prezidenti ?Azərikimya? İstehsalat Birliyinin fəaliyyətinin daha da genişləndirilməsi, respublikamızda daha çox tələbat duyulan kimya məhsullarının istehsal həcminin artırılması və digər məsələlərlə bağlı tapşırıqlar vermiş, qarşıya çıxa biləcək problemlərin operativ həlli üçün ARDNŞ tərəfindən bütün mümkün tədbirlərin görüləcəyini bildirmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA