Prezident ilham Əliyev çin Xalq Respublikasının Mərkəzi Bankının sədrini qəbul edib

img

31-05-2010 [05:46]


Azərbaycan prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Mərkəzi Bankının sədri Çjou Syaoçuanı qəbul edib. Dövlət başçısı ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq Azərbaycanın Çin ilə əlaqələri bütün sahələrdə genişləndirmək niyyətində olduğunu bildirib. Dünya maliyyə böhranına baxmayaraq ölkələrimizin yaxşı iqtisadi artım templəri nümayiş etdirdiyini qeyd edən prezident İlham Əliyev iqtisadi əməkdaşlıq sahəsində birgə təşəbbüslər barədə qarşılıqlı fikir mübadiləsi aparmağın önəmini vurğulayıb. Dövlət başçısı Çin Xalq Respublikası Mərkəzi Bankının sədrinin Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi işinə xidmət edəcəyinə və uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib. Çjou Syaoçuan yaxın vaxtlarda ?Böyük iyirmiliyin? toplantısında müzakirə olunacaq beynəlxalq maliyyə sistemində aparılan islahatlarla bağlı Azərbaycan prezidenti İlham Əliyevin mövqeyini öyrənməyin səfərinin əsas məqsədlərindən biri olduğunu deyib. Çin Mərkəzi Bankının sədri Çjou Syaoçuan ölkəmizə səfərinin səmərəli keçəcəyinə əmin olduğunu vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA